Əlaqə Arxiv
news Image
2014.10.22
13:23
| A A A
“Sinirlərim pozulub...” – Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova efirlərdən şikayətlənib. 

Axşam.az-ın məlumatına görə, "Hər şey daxil" verilişində qonaq olan müğənni telekanalları izləmədiyini deyib:

"Son iki ildir heç bir maqazin verilişini izləmirəm. İndi artıq xəbərləri də şoulaşdırıblar. Sinirlərim pozulub, efirə baxa bilmirəm. Səhər yuxudan oyanırsan, televizoru açırsan ki, nəsə xəbər eşidəsən. Salam verməmiş, dava-dalaşdan danışırlar. Bilirəm ki, dünyada vəziyyət yaxşı deyil, davalar gedir. Amma heç olmasa, salam verin... Yaxşı xəbəri isə sonda yarım dəqiqə içində deyirlər, bitir. Buna görə də, efirlərimizə baxmıram. Xəbərləri saytlardan oxuyuram".

Sizin Reklam Yeriniz