news Image
2014.10.22
18:06
| A A A
“Qonaqlardan hansının Şərif, hansının Ağayar olduğunu da sonradan bildim”- aparıcı verlişə çağırdığı qonağını tanımadı

Tanınmış teleaparıcı Kamran Həsənli bugünkü "Günəbaxan" verlişində "Toylara yox deyək"adlı sosial şəbəkədə yayılan aksiyadan danışıb. Aparıcının verlişə çağırdığı qonaqlar sırasında yazıçı Şərif Ağayar da olub. Mövqe.az xəbər verir ki, Kamran Həsənli verlişə qonaq qismində çağırdığı qonaqlardan birinin, tanınmış yazar Şərif Ağayarın adını və kimliyini unutduğundan üzünü efir rejissoruna çevirərək: " Bu adamın adı nədir?" deyib.  Şərif Ağayar isə "Məni tanımırsansa verlişinə niyə çağırmısan?" deyə aparıcıya cavab verib.

Məsələ sosial şəbəkədə də müzakirəyə də səbəb olub. Aparıcının verlişinə çağırdığı Ş. Ağayardan savayı yazıçı Mirmehdi Ağaoğlunu da tanımaması birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Ş. Ağayar fikirlərini Mövqe.az-la bölüşüb: " Mənim Kamran Həsənlinin məni tanıyıb-tanımaması ilə bağlı problemim yoxdur. Sadəcə aparıcı efirə çağırdığı adamı tanımağa borcludur. Onu qeyd etdim... Bu qədər".

Ş. Ağayar studiyanı niyə tərk etmədiyinin səbəbini də etiraf edib: "Bunu sevərək, məni müdafiə edərək söyləyən adamlara sağ olun deyirəm. Amma efiri tərk etmək təkcə verilişə deyil, ANS-ə etiraz olardı. Mən də bunu etmək istəmədim".

Movqe.az müzakirəyə səbəb olan bu məsələ ilə bağlı aparıcı Kamran Həsənlinin də münasibətini öyrənib: " Onlar sosial şəbəkədə kompaniya yaradıblar ki, toylara yox deyək. Biz düzü verlişə çox da populyar insanları çağırmamışdıq. Onlar sadəcə hərəkatın hərəkətvericiləridir, belə deyək... 3 nəfər tanınmamış insanlar idı. Açığı onları ilk dəfə idi ki, həyatda görürdüm. Adlarını da ilk dəfə idi duyurdum. Qonaqlardan hansının Şərif, hansının Ağayar olduğunu da sonradan bildim. Biz onları verlişə yenə deyirəm yazar kimi yox, toylara yox deyək aksiyasının iştirakçısı kimi çağırmışdıq".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs