Əlaqə Arxiv
news Image
2014.10.23
15:34
| A A A
Elza Seyidcahandan bəddua: "Canları çıxsın..."

Əməkdar artist Elza Seyidcahan yeni şeirini təəqdim edib. Mövqe.az xəbər verir ki, şeir "Canları çıxsın" adlanır. Şeirin adı ilə bağlı E. Seyidcahan Mövqe.az-a danışıb: "Niyə şeirim belə adlanır? Çünki son zamanlar yazdığım şeirləri məsxərəyə çeviriblər.  Onları görüm canları çıxsın. Elə o kəslərə də bu şeirimlə cavab vermişəm".


Sev məni,sevəcəm səni

Öp məni, öpəcəm səni..

Ancaq səni..!?

Elə bilmə ki, qəlbimdəki bütün arzularımı

Gerçəkləşdirən sənsən

Sən...!?

Və düşünmə ki, içindəki

Bütün istəklərini yerinə yetirən mən olacam.

Mən...!?

Mən, mən, mən...!?

Sən, sən, sən...!?

Axı nə qədər olacaq 

Mən-sənlər...???!

Olmasınlar..??!

Aşiqlər baxçasında açan yasəmənlər

Yolunu gözləyənlər üçün 

Açıldılar…

Həsrətində olanlar üçün 

Pöhrələndilər...

Açılmasınlar...???!

Onların mən-sənləri olmadı...!

Bir əldə qırıldılar...

Bir qucağa atıldılar

Sarıldılar,

Öpüşdülər.

Qovuşdular,

Öldülər..!!!

Hhhhhhhh...

Aman Allah.....

Bu şərəfli ölüm

Kimə qismət?

Ya qismət....

Kim istəməz..?

Belə ölsün?

Belə olsun?

Ölməsinlər...???

Ölsünlər, canları çıxsın

Bir-biri üçün ölənlər

Bir qucaqda

Bir ocaqda

Bir yataqda ölsünlər onları, görüm...!

Nənəm, babam kimi ölsünlər....!

Olun!

Ölün..!

Ölüüüün..!

Sizin Reklam Yeriniz