Azərbaycanlı müğənni ata olacaq
Müğənni Elvin Abdullayev ata olacaq. Movqe.az-ın xəbərinə görə, müğənni bu barədə "Gün üzü" verilişində deyib: "Şükür edirəm Allaha ki, bu payı mənə verib. Gözəl duyğudur, olmayanlara qismət".
Əməkdaşımızın əldə etdiyi məlumata görə, sənətçinin həyat yoldaşı Afət Abdullayeva 7 aylıq hamilədir.
Qeyd edək ki, Elvin və Afət martda nikah masasına oturub. A.Abdullayeva "Şarm" verilişinin rejissorudur.