news Image
2014.10.24
13:34
| A A A
“Mən 8, qızım 15 kiloqram arıqlayıb” – xalq artisti

Xalq artisti Nəzakət Teymurova arıqlayıb. 

Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni pəhrizindən bəhs edib:

"Arıqlamaqda mənə modelyer Gülnarə Xəlilovanın bacısı, dietoloq Mələk Xəlil köməklik edib. Məndən çox qızım arıqlamaq qərarına gəlib. Mələyin məsləhətlərinin yalnız 10 faizinə əməl edirəm. Amma nəticə çox yaxşıdır. Qida rasionumdan şirniyyatı, xəmir xörəklərini, çörəyi çıxarmışam. Arada nəfsimi saxlaya bilmirəm. Pəhrizi birdən-birə tuta bilmirəm. Çünki bu, oxumağıma təsir edir. Ona görə də, çalışıram az-az əməl edim. Hər il oruc tuturam. Orucluq bitəndən sonra çox kökəlirəm. İndi pəhrizlə 8 kiloqram atmışam, qızım isə 15 kiloqram arıqlayıb. Hərdən idmanla da məşğul oluram. Yenə də arıqlayacam".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs