Emil qızının hansı peşə sahibi olmasını istəyir?
Müğənni Emil Bədəlov qızından bəhs
edib.
Axşam.az-ın məlumatına görə, sənətçi övladının böyüyəndə həkim
olmasını istədiyini deyib. Emil bu haqda qonaq olduğu "İncə
maraqlar" verilişində danışıb. O, "Qızınız gələcəkdə ailə quranda
işləməyə qoymasalar, nə edərsiniz" sualına belə cavab verib:
"Əgər mən "hə" deyib onu ərə verirəmsə, sonrasına qarışmaram. İşləyib-işləməməyinə ailəsi qərar versin. Artıq onunla bağlı hər şeyi özləri bilər. Bəzən ailədə problemlər yarana bilər ki, mən o zaman qarışaram. Amma işləməyinə heç vaxt. Buna baxmayaraq, qızımın gələcəkdə peşəkar həkim olmasını istəyərdim".