news Image
2014.10.29
12:28
| A A A
Samiraldo: "Samir deyir ki, sənsiz mən heç nə edə bilmirəm, mənə stimul verirsən" - BARIŞDILAR


Bir ildən çoxdur küsülü olan dostlar barışıb. Mövqe.az xəbər verir ki, stilist Samiraldodan küsən müğənni Samir Bağırov onunla yenidən barışıb. Bir araya gələn cütlük yenidən barışıb, danışıblar: "Samirlə dostam, yaxınam. Həmişə mənim yanıma gəlirdi, amma bir ildən çoxdu gəlmirdi. Bu dəfə gəldi, şəkil də çəkdirdik. Mənim haqqımda kitab yazılanda onun haqqında nalayiq fikirlər yazılmışdı. Bu da ona xoş olmamışdı. Hər dəfə o məsələ gündəmə gələndə biz küsürük, barışırıq.Həmin məsələ yenidən gündəmə gəlsə o yenə küsəcək məndən, başlayacaq mənlə. Mən də istəmirəm ki, Samir küssün məndən. Küsməyimizdə günah məndə idi. Çünki mən icazə verməməliydim ki, ondan da yazılsın nəsə. Mən Samiri, Samir də məni həddindən artıq çox istəyir. Samirlə barışığım çox xoş oldu. Gəldim gördüm gəlib. Sevindim. Samir deyir ki, sənsiz mən heç nə edə bilmirəm, sən mənə stimul verirsən. Ayağım yüngüldü. Samir məni yaxşı tanıyır. İş quranda da etibar, inam, insanı tanımaq önəmli məsələlərdir".





Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs