news Image
2014.10.28
11:10
| A A A
Xoşqədəm Hidayətqızının valideynləri danışdı - video

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuş valideynləri ilə birlikdə yeməyə çıxıb.

Axşam.az-ın məlumatına görə, hazırda Bakıda olan cütlük "Gün üzü" verilişinə müsahibə verib.

X.Hidayətqızı ailəsi ilə bağlı bunları deyib:

"Bu günə qədər şəxsi həyatımla bağlı gündəmə gəlməmişəm, gəlməyəcəm də. Bütün bu yazılanlardan sonra xəbərləri təsdiqlədim. Heç bir maqazin verilişində çıxmamışam. Hər zaman ciddi işlərimlə gündəmə gəlmişəm. Evlilik məsələsi ortaya çıxanda bilirdim ki, yazılacaq, birmənalı qarşılanmayacaq. Amma bu qədər təsəvvür etmirdim. Bir həftə boyunca rəsmi nikaha girmiş birini müzakirə etmək nə dərəcədə doğrudur? Düşündüm ki, görəsən mənim qeyri-rəsmi bir münasibətdə olmağımla bağlı xəbər çıxsaydı necə reaksiyalar verərdilər? Türk saytlarında manşet olsaydım necə olardı? Bu serial, klip, piar deyildi. Xoşqədəm Hidayətqızı bu günə kimi hansısa klipdə, serialda çəkilib? Biz qərarımızı vermişik, evlənmişik, bu rəsmi nikahdır. Biz istəmədik özəl həyatımızla gündəmə gələk. Doğuş çox romantikdir. Filmlərdə gördüyünüz kimi bir evlilik təklifi aldım. Bütün sevən insanlara xoşbəxtlik arzulayıram. Valideynlərimin də icazəsin almışam. Atamın ilk sözü bu oldu: əgər ömür boyu bir yolu gedəcəksinizsə, bunu et".

Övlad arzulayan Doğuş xoşbəxt olduğunu bildirib:

"Ailə ilə bağlı danışmağı sevmirəm. Evləndik, hər şey gözəldir. Bu xoşbəxtliyə bir də övlad qatsaq başqa heç nəyə ehtiyacımız olmaz. Bizə toxunmayın. Sevməsək evlənməzdik. İnsanlar ailəsini, Allahını sevməlidir. Bizim sevgimiz çox müqəddəsdir. Xoşqədəm Hidayətqızının hər şeyi özəldir. Sevməyin yaşı yoxdur. Biz də hələ gəncik".

X.Hidayətqızının anası "Gözəl hisdir. Hansı valideyn istəməz ki, övladı xoşbəxt olsun? Övladı xoşbəxt olandan sonra ana da , ata da sevinər" deyə bildirib.

Aparıcının atası isə "Arzumdur balam xoşbəxt olsun. Xeyir-duasın vermişəm. Allah xoşbəxt etsin" sözlərini deyib.

Doğuşun anası isə gəlinindən razı olduğunu söyləyib:

"Onun kimi gəlin bir daha həyata gəlməz. Oğlumun uzun müddətdir axtarıb da, tapa bilmədiyi biridir. Xoşbəxtlikləri bir ömür boyu davam etsin".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs