news Image
2012.07.19
16:42
| A A A
Türkiyənin məşhur aktyorları Bakıya gəlirlər
Xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında ekranlaşdırılacaq eyniadlı filmin çəkiliş qrupu Nizami Kino Mərkəzində mətbuat konfransı keçirib. 

Movqe.Az xəbər verir ki, mətbuat konfransında əsərin müəllifi, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və filmdə rol almış Azərbaycanın və Türkiyənin tanınmış sənət adamları iştirak ediblər. Tədbirdə çıxış edən xalq yazıçısı Elçin bu romanı 30 il bundan əvvəl qələmə aldığını söyləyib.

Xatırladaq ki, "Mahmud və Məryəm" filmində Mehmet Çevik, Tomris İncer, Polat Bilgin, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, Şafak Başkaya, Rövşən Ağayev, İlker Kızmaz, məşhur ingilis aktrisa Kristina Krapela qonaq aktyor, Cemal Hünal və başqaları rol alacaqlar. Azərbaycan və Türkiyə texniki heyətinin müştərək çalışdığı filmin ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət işləyir. Film təxminən 10 həftə ərzində çəkiləcəkdir. Film Azərbaycan və Türkiyənin bir sıra yerlərindən başqa, dekorasiyasının qurulduğu, 8 min kvadratmetrlik böyük bir yaylaqda çəkiləcək.

"Mahmud və Məryəm" Azərbaycan, Türkiyə ilə yanaşı, Avropanın 9 ölkəsinin kinoteatrlarında, daha sonra televiziyada nümayiş olunacaq.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs