Əlaqə Arxiv
news Image
2014.10.29
15:55
| A A A
“Gərək qadın kişinin xəyanətini görməzliyə vursun”
Əməkdar artist Naibə Allahverdiyeva "Gün üzü" verilişinin qonağı olub. "Qafqazinfo"nun məlumatına görə, aktrisa kişilərin xəyanət etməsindən danışıb:

"Qadınlar baxımlı olmalıdır. Amma "Kişilər baxımlı qadına xəyanət etməz" fikri yalandır. Dünyanın ən gözəl qadınlarına da həyat yoldaşları xəyanət edib. Kişilər ömür boyu xəyanət edib, edəcəklər də. Gərək qadın gözünü bağlasın, ailəsini qorumaq üçün xəyanəti görməzliyə vursun. Kişilər fizioloji xəyanət edir, Allah eləməsin ki, kişi mənəvi cəhətdən xəyanət etsin. O zaman ailə dağılır. Kişinin fizioloji xəyanət etməsi boş söhbətdir, həmin xanımı orada unudur, qayıdıb həyat yoldaşını sevir, həyatını davam etdirir".

Sizin Reklam Yeriniz