news Image
2014.10.31
15:30
| A A A
Tanınmış müğənni oğluna mərhum qardaşının adını verib

Əməkdar artist Manana "Hər şeyə stop" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, yenicə ana olan müğənni övladından danışıb. O, oğluna mərhum qardaşının adını qoyduğunu deyib:

"David müqəddəs addır. Eyni zamanda mərhum qardaşımın adı olub. Ana olmaq məsuliyyətlidir. Həyatda sevgi ilə, məhəbbətlə, nifrətsiz yaşayıram. Hər kəsə sevgi, pozitivlik vermək istəyirəm, dəyişmək niyyətim yoxdur. Həyatımda heç vaxt nəyəsə "stop" deməmişəm. Elə yaşayıram ki, "kaş ki" söyləməyim. Hər şey normaldır".

Manana avtomobil idarə etmədiyini də deyib:

"Maşın idarə edə bilirəm. Son 8-9 ildir ki, ancaq Gürcüstanda sürürəm. Burada isə idarə etmirəm".

Hər yerə anası ilə gedən müğənni "Gələcəkdə mən də hər yerə qızımla gedəcəm. Onu tək qoymayacam", - deyə bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs