news Image
2014.10.31
12:55
| A A A
Sosial şəbəkədəki hesablarını bacısı yönəldir

Həyatında yeni bir səhifə açan Türkiyəli müğənni Hadisə  uğurlarından danışıb. Mövqe.az Türkiyə mətbuatına istinadənxəbər verir ki, çox gözəl dincəldiyini etiraf edən Hadisə əvvəl Belçikaya sonra isə Amsterdama getdiyini, "Nerdesin Aşkım" albomunun çox müvəffəqiyyətli olduğunu söyləyən Hadisə belə açıqlama edib: "Üç ildir albom çıxarmırdım. Yalnız pərəstişkarlarımı üzməmək üçün bir neçə single çıxarmışdım. Bunun prodüserliyini bacımla etdik və Pasaj Musiqilə bərabər çıxardıq. Çox fərqli bir təcrübə idi. Əvvəlcə özünlə əlaqədar çox şey öyrənirsən . Məsələn; susmağı, dinləməyi, nələr istədiyini birbaşa söyləməyi və "Bunu söyləsəm ürəyi qırılar" deməmək " kimi çox şey öyrəndim. 


22 oktyabrda 29 yaşını qeyd etdiyini söyləyən Hadisə:" Həyatının üçüncü 10-ci başlarkən yeni təcrübələr əldə etməkdəyəm. Bu həqiqətən tam fərqli bir hismiş . "Nerdesin Aşkım'ın videosu ilk dəfə bir musiqi kanalında yayımlananda anam yanımda idi. Bir-birimizəi qucaqlayıb, ağlamağa başladıq. Çox romantik bir an idı" deyə açıqlama edib.


Əhvalının yüksək olması üçün ictimai mediadan uzaq dayandığını söyləyən məşhur müğənni sözlərini belə davam etdirdi: "Davamlı bir şey çıxarmaq istəyirsənsə ictimai mediadan bir az uzaq dayanacaqsan, yazılanları görməyəcəksən. Təbii mənim də ictimai mediada hesablarının var amma özüm girib baxmıram, bacım idarə edir. Çünki ictimai mediada insanlar çox incidici ola bilir, onları görmək istəmirəm. Tanımadığım bir insanın axmaq  bir cümləsi günümü məhv etsin istəmirəm. Özümü bu şəkildə qoruyuram. Bəli, təəcccrübəliyim amma nəticədə mən də bir insanam və zəif olduğum anlar da olur. Tam o anda tanımadığın bir insanın bir cümləsi məni dağıda bilir. Məncə insanlar çox mərhəmətsiz olub. Əvvəldən belə deyildi, indi isə hər kəs hücum etməyi sevir. Kimsə bir sənətçini sevməyə məcbur deyil. Amma həmin müğənnini təhqir də edə bilməzsən.





Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs