news Image
2012.07.23
14:42
| A A A
Azərbaycanlı müğənninin “Siqaret qutuları"
Movqe.Az xəbər verir ki, Azərbaycanın məşhur müğənnisi Fuad Dadaşovun yeni albomu işıq üzü görüb. 

Qeyd edək ki, müğənni vaxtı ilə "Siqaret qutuları" ilə məşhurlaşmışdı. Uzun illər yaradıcılığına fasilə verən müğənninin yeni diski işıq üzü görüb. Elə sözügedən mahnıyla yaddaşlarda qalan Fuad Dadaşov yeni diskində də bu mahnıya yer verib. "Kür çayı" adlanan diskdə yeni mahnılarla yanaşı, sənətçi Azərbaycanın dünyaca məşhur musiqiçisi Müslüm Maqomayevin yaradıcılığına da müraciət edib. Belə ki, sözləri və musiqisi Müslüm Maqomayevə məxsus olan "Cиняя вечность" mahnısı da albomda yer alıb. Diskdə F.Dadaşovun ifasında 17 mahnı yer alıb.

Albom üçün "Siqaret qutuları" yeni versiyada hazırlanıb.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs