Murat Bozun sevgilisi şokdadır
Murat Bozun sevgilisi Eliz Sakuçoğlunun təyyarəyə verdiyi çamadandan daş-qaşı oğurlanıb.
Movqe.Az türk mediasına istinadən bildirir
ki, Türkiyənin məşhur pop müğənnisi Murat Boz ilə sevgilisi Eliz
Sakuçoğlunun gözəl başlayıb davam edən Hindistan tətili çətinliklə
bitib. Sakuçoğlu, "Türk Hava Yolları" ilə geri qayıtdığı İstanbulda
şok yaşayıb.
Gözəl stilistin çamadanına qoyduğu bahalı daş-qaşlarının yerində heç bir şey olmayıb. Sakuçoğlu, hirsini "Twitter"də, "Oğruları Allaha tapşırıram." sözlərini yazaraq sooyutmağa çalışıb.