Əlaqə Arxiv
news Image
2012.07.23
17:47
| A A A
Bugün xalq artistinin ad günüdür
Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb İnstitutunu (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirmişdir. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış etmişdir. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyov) partiyasında çıxış etmiş (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilmişdir.

Kollektivimiz müğənniyə uzun ömür, can sağlığı və bundan sonra da yaşayıb, yaratmağı arzulayır.


Sizin Reklam Yeriniz