news Image
2012.07.24
13:42
| A A A
Azərbaycanlı müğənni avtomobil qəzasına uğrayıb
Movqe.Az xəbər verir ki, gənc müğənni Ceyhun Neymətov maşın qəzasına uğrayıb. 

Qeyd edək ki, bu hadisə ötən gecə Xətai rayonu ərazisində gecə saat 2 radələrində Əhmədli metrosunun yaxınlığındakı "Lukoil" yanacaqdoldurma məntəqəsi ətrafında törədilib.

"Lada" markalı avtomobil Ceyhun Neymətovun idarə etdiyi "Volkswagen Passat" markalı maşınla toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Müğənni ayağında sınıq diaqnozu, onun hadisə zamanı maşında olan dostu isə kəskin baş-beyin zədəsi ilə Sabunçu rayon xəstəxanasına çatdırılıb.

Zərərçəkənlər artıq evə buraxılıb və müalicələri həkim nəzarəti altında evdə davam etdirilir. Hazırda onların vəziyyəti  normaldır.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs