Əlaqə Arxiv
news Image
2012.04.11
13:35
| A A A
Milli prodüser: “Hər kimsə deyirki, hər gün toyum var, yalan deyir” - FOTO
O, tanınmış şəriki ilə işlətdiyi kluba kimləri dəvət edir?

Prodüser-təşkilatçı Roland Bayramov şou-biznedə baş verən durğunluq vəziyyətindən danışıb. Movqe.Az xəbər portalının məlumatına görə, prodüser şou-biznesin hazırki və əvvəlki vəziyyətlərini müqayisə edib.

Movqe.Az-a açıqlama verən R.Bayramov, bəzi müğənnilərin yalan danışmaqda təqsirləndirib. O, müğənnilərin yalan danışmasını belə izah edib: "2012-ci ildə yaşayırıq. Bügünki gündə şou-biznesdə 2007-2009-cu illərdə olan gəlir yoxdur. Məlum məsələdir ki, Azərbaycanda hamı (müğənni və onun prodüseri, meneceri, köməkçisi və s.) pulu toydan, şou proqramlardan qazanır. Hazırda isə əvvəlki günə nisbətən müğənniləri toylara elə də çox dəvət etmirlər, aparmırlar. Müəyyən bir beşlik (adlarına açıqlamaq istəmirəm) var ki, toylarda ancaq onlar olur. Yerdə qalan müğənnilər isə 5 il bundan əvvəl ayda 15-20 toyda oxuyurdusa, bu gün ən çox 2-3 toyu oxuyurlar. Hər kimsə deyirki, hər gün toyum (söhbət ayda 18-20 dəfə toyda iştirak edəndən müğənnilərdən gedir) var, yalan deyir. Boş söhbətdir! Çünki təşkilatçılar şadlıq sarayların, restoranların adminstratorları ilə, müdriyyətləri ilə tez-tez əlaqə saxlayırlar. Bu baxımdan ayda 2-3 toyu olan müğənninin prodüseri də dolana bilmir. Ona görə də, bu gün müğənnilərin müəyyən bir qismi sakitcə oturublar".

Prodüser belə bir vəziyyətədn çıxış yolunu öz biznesinin qurmasında görüb. O, son vaxtlar gördüyü işlər haqqında məlumat verdi: "Öz adımdan danışa bilərəm ki, mən nə etdim? Öz biznesimi qurdum. Təşkilatçı-prodüser Kamal Cenk İçtən ilə şərik olub, klub açdıq. Bu biznesimiz də bilavasitə şou-biznesə bağlıdır. Çünki son bir ildə xaricdən Azərbaycana ikinci bir şəxs yoxdur ki, mənim gətirdiyim müğənni, DJ qədər tanınmış, məşhur simaları gətirsin. Hər həftə Azərbayacanda ayrı-ayrı DJ-lərin konsertini təşkil edirəm. Niyə məhz DJ? Ona görə ki, hazırda tələbat müğənnilərə deyil, diskotekalara, DJ-lərədir. Hazırda da bu tendensiyanı davam etdirirəm. Bu səbədən onu deyə bilərəm ki, bir məkanda baş verdiyi üçün kənardan hər şey durğunluq kimi görünə bilər. Amma bu, belə deyil. Əslində isə iş prosesimdə heç bir durğunluq yaşamıram", - prodüser bildirdi.

R.Bayramov yeni televiziya layihəsi ila bağlı fikirlərini də bizimlə bölüşdü. O, yeni layihənin əyləncə xarakterli olmasını söylədi: "Yeni televiziya layihəsi düşünürəm. Amma bu telelayihəni qazanc məqsədi ilə deyil, şou-biznesdə bu günə qədər gördüyüm işlərin hesabat kimi olmasını planlaşdırıram. Əyləncə xarakterli olacaq veriliş, hazırda nümayiş olunan maqazin verilişlərimizdən çox fərqlənəcək", - R.Bayramov dedi.

Fuad Mədətov


Sizin Reklam Yeriniz