Əlaqə Arxiv
news Image
2012.07.25
14:12
| A A A
Röya Ağdamın işğal günündə konsert verib
Movqe.Az xəbər verir ki, Azərbaycanın populyar müğənnisi Röyanın Milli Mətbuat Gününə həsr olunan "Bakı-Moskva" adlı konserti söz-söhbətə səbəb oldu.

Bunu eşidən Röyanın prodüseri Kənan Bayramov susmamaq qərarına gəlib:

"Bu konsert 22 iyul Milli Mətbuat Gününə həsr olunmuşdur. Əslində, bu tipli xəbərlərin kimin sifarişi olduğunu gözəl bilirik. Mən düşünmürəm ki, hər hansı bir aparıcının rəyindən sonra Röyaya qarşı fikir dəyişsin.

Belə də ki, ayın 22-si konsert vermişik və sözün əsl mənasında partlatmışıq. Biz konsertlə yanaşı, bəzilərinin ürəyini də partlatdıq. Jurnalistlərin günündə həmin "bəziləri" sayıb, çağırmadıq deyə bilmirlər, nə edələr.

Röya bu olanları çox sakit və normal qarşılayır. Bilirdik ki, kimsə bu uğurumuzu həzm edə bilməyib, bu cür yollara əl atacaq", - deyə K.Bayramov bildirib.

Türkan Naadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz