news Image
2012.07.25
13:47
| A A A
“Şip-Şirin” Elçindən yeni klip - Video
Movqe.Az xəbər verir ki, gənc müğənni Elçin Cəfərov "Göstər get" adlı klip çəkdirib. 

Mahnının sözləri Rəşad Dağlıya, musiqisi isə Hacı Nazimə məxsuzdur. Klipin rejissorluğunu Nail Naiboğlu edib. Klipdə ifaçının müxtəlif konsertlərdə çıxışlarındakı görüntülərdən istifadə edilib. Nail Naiboğlu belə kliplərin xaricdə, hətta Türkiyədə çoxluq təşkil etdiyini deyir:

"Məşhur türk müğənniləri müxtəlif konsertlərindən görüntülər yığıb klip düzəldirlər. Biz də qərar verdik ki, Elçinin bu mahnısına o formatda klip edək. Çünki mahnı çox xoşuma gəlirdi. Bir də ki mahnının müəllifləri yaxın dostlarımdır. Hacı Nazimin 10-a yaxın mahnısına klip çəkmişəm. Rəsad Dağlıyla isə birlikdə İraqda, Kərbəlada İmam Hüseynin ziyarətgahını ziyarət etmişik. Bu 2 insan mənə çox doğmadı, Elçin də təbii, səsini, ifasını bəyəndiyim müğənnilərdəndir", - deyə rejissor deyib.

Movqe.Az oxuculara klipi təqdim edir:

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs