news Image
2012.07.25
15:15
| A A A
Toydan əvvəl 17 milyon dollara ev aldılar
Aktrisa Keyt Hudson və müğənni Mat Bellami cütlüyü toydan əvvəl 17 milyon dollara lüks bir malikanə satın aldı. Movqe.Az bildirir ki, Hollivudun məşhur aktrisası Keyt Hudson və "Muse" qrupunun solisti Mat Bellami Londonda bir malikanə satın alıblar.

2010-ci ildən bu yana xoşbəxt münasibəti davam etdirən və nişanlandıqdan dərhal sonra uşaqları olan cütlük toylarından əvvəl uyğun bir ev axtarışına başlayıblar.

Vaxtlarının böyük bir qisimini Los Ancelesdə keçirən cütlük uşaqlarının daha sadə və daha çox sənətlə iç-içə yaşaya bildiyi bir yerə köçməyi qərarı alıblar. Hudson, yaxın rəfiqəsi Gvinet Peltrou və "Coldplay" qrupunun solisti Kris Martinin dinc həyatını özlərinə nümunə götürərək Londonda bir malikanə satın alıb. 17 milyon dollar dəyərindəki  6 mərtəbəli lüks malikanənin içində hovuzdan kinoya qədər hər şey var.

 Cütlük Paul McKartney və Sienna Millərlə də qonşu olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs