news Image
2012.07.25
15:23
| A A A
Gənc müğənni “Maqnit”in ilk konserti – Eksklüziv
Movqe.Az xəbər verir ki, gənc müğənni Mila ilk solo-konsertinə hazırlaşır. 

Məlahətli səs tembrinə malik gənc müğənni Mila (Məhbubə Kərimova)  ilk solo-konsertinə hazırlaşır.  "Maqnit" adlanan musiqi axşamı iyunun 28-də saat 21:00-da şəhərin istirahət və əyləncə mərkəzlərindən birində keçiriləcək. Bu barədə Movqe.Az-a açıqlama verən Mila əvvəlcə konsert proqramının "Maqnit" adlandırılmasına aydınlıq gətirdi: "Söz və musiqisi Hüseyn Cavadzadəyə məxsus "Maqnit" repertuarımda ən sevilən mahnılardan biridir. Məhz bu kompazisiya ilə daha çox tanındım. Sosial şəbəkələrdə ən çox izlənilən və dinlənilən hitlərdən biri də "Maqnit"dir. Həm də bu konsert vasitəsilə gəncləri maqnit kimi ətrafıma toplamaq istəyirəm."

Artıq konsertin afişaları, tanıtım lövhəcikləri şəhərin müxtəlif məkanlarında yerləşdirilib. Bir çox maraqlı məqamlar və sürprizlərlə bol olacaq musiqi axşamının daha bir üstünlüyü girişin sərbəst olmasıdır: "İlk solo konsertim üçün bilet satmamaq qərarına gəldim. Bu konsertin qapıları hər kəsin üzünə açıqdır. Çünki məqsədim  yay günü gənclərin bir araya gəlib gözəl istirahət keçirmək, zövqlü musiqi sədaları altında əylənmələrinə şərait yaratmaqdır."

Mila konsertin ansamblla canı ifalarla keçəcəyini də əlavə etdi. Rəngarəng konsert proqramında onu 7 musiqi alətindən ibarət "Qrup ARMONI" müşayət edəcək: "Darbuka, qaval, gitara, bas gitara, skripka, pianonun müşayəti ilə canlı olaraq öz repertuarımda yer alan, eləcə də pop və lirik janrda türk mahnıları ifa edəcəm. Tamaşaçılar sözləri Zeynəb Ədalətqızı, musiqisi Aynur Adilqızının "Gülə gülə", sözləri Nüsrət Kəsəmənli, musiqisi Elçin İmnaova məxsus  "Hara baxsan məni görəcəksən", söz və musiqisi İsmayıl Əsədovun "Özünü ələ al" kimi bir çox sevilən mahnılarımı bir daha canlı olaraq dinləmək imkanı əldə edəcəklər."

Mila iki saat davam edəcək konsertdə tək olmayacaq. O, səhnəni qonaq müğənni Cavanşir Məmmədovla bölüşəcək: " Cavanşirlə dostuq, onun da səhnəni çox sevdiyini, oxumaq həvəsi və istedadı olduğu üçün dəvət etdim." "Maqnit"lə Mila daha böyük səhnələrə hazılaşdığını da etiraf etdi. Payız aylarında repertuarına bir neçə yeni mahnılar əlavə edəcəyini deyən gənc müğənni türk şou-biznesinə qoşulmaq iddiasını da gizlətmədi: " İnşallah gələcəkdə daha böyük konsertlərim gözlənilir. "Maqnit" bir başlanğıcdır. Konsertə çox ciddi hazırlaşıram, hər gün məşq edirik. Çalışacam ki, tamaşaçıların ruhunu oxşaya bilim, xəyallarındakı rahatlığı, zərif duyğuları mahnılarımla onlara bəxş edəcəm. Ürəklərinə elə toxunacam ki, yalnız mənim mhanılarımın pərəstişkarları olsunlar. Bu yaxınlarda bir neçə yeni mahnı təqdim edəcəm, onlardan biri də istedadlı bəstəkar Pərviz Mahmudovun kompazisiyasıdır. Hazırda məşhur türk müğənnilərindən biri ilə duet oxumaq haqqında planlar hazırlanır. Bu mənim Türk şou-biznesinə addımım olacaq."

Konsertin hər bir məqamını özünəməxsusluqla düşünən Mila səhnə üçün məşhur modalar evindən mahnılara uyğun geyimlər seçib. Xatırladaq ki, Mədəniyyət və İncəsənət Universitetini bitirən Mila mərhum musiqiçi Yaşar Səfərovdan vokla dərsləri alıb. Mila məşhur 7-17 müsabiqəsinin sevilən və yaddaqalan simalarındandır.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs