Əlaqə Arxiv
news Image
2012.07.26
16:15
| A A A
Edvard da aldadıldı
Movqe.Az bildirir ki, "Twilight" (Alatoranlıq) filminin qəhrəmanı Kristen Stevartın uzun müddətdir birlikdə olduğu sevgilisi Robert Pattinsonun aldatdığı iddiaları təsdiqlənib.

Aktrisa Kristen Stevart, sevgilisi Robert Pattinsonu məşhur rejissor Rupert Sanders ilə aldatdığı iddialarını təsdiqləyib.

Kristen Stevart "People"a verdiyi müsahibədə, "Roberti çox sevirəm, çox təəssüf edirəm" sözlərini bildirib.

22 yaşlı Kristen Stevart ilə 41 yaşlı, evli və iki uşaq atası Sandersi fotoqraflar görüb. "Pambıq Şahzadə və Ovçu" filmində birlikdə işləyən cütlüyün fotoşəkilləri "US" həftəlik jurnalda nəşr edilib. Stevart və Sandersin avtomobildə öpüşərkən fotoşəkilləri çəkilib.

Kristen Stevartın yaxın bir dostu açıqlamaya verərək bildirib ki, "Kristen bu hadisədən çox kədərlidir. Heç kimi incitmək istəmədi, sadəcə olaraq səhv bir qərar verdi".

Alatoranlıq filminin qəhrəmanları Stevart və Pattinson 3 ildir ki birlikdə idilər.

Sizin Reklam Yeriniz