news Image
2012.07.27
13:59
| A A A
Elnarə Xəlilovanın ANS ÇM radiostansiyasına cavabı
Movqe.Az xəbər verir ki, üğənni Elnarə Xəlilova ilə ANS ÇM radiostansiyası arasında anlaşılmazlıq yaranıb. 

Xatırladaq ki, radiostansiya ilə E. Xəlilova arasındakı qalmaqala səbəb müğənninin ATV telekanalında yayımlanan verilişdə onun vaxtilə solisti olduğu "Qan" qrupunun özü tərəfindən yarandığını söylənilməsi olub. O, həmçinin də, qrupla birgə ifa etdiyi "Təlqin", "Hər şey istəyirəm" kliplərinin də müəllifi özüdür deyə bildirib.

Ötən gün isə ANS ÇM radiostansiyası "Musiqisevərləri aldatma, Elnarə!" başlıqlı məlumat yayıb. Bunu bilən E.Xəlilova isə verdiyi açıqlamada adının qalmaqallarda hallanmasının tamamilə əleyhinə olduğunu vurğulayıb.

"Mənə qalmaqal deyil, yaradıcılıq vacibdir. Hazırda yeni klipim üzərində iş gedir. Bir neçə günə adını açıqlamaq istəmədiyim yeni mahnımın təqdimatını etməyi düşünürəm. Onu da deyim ki, klipimdə 3 gözəl balamla çəkilmişəm".

Qeyd edək ki, Gun.Az saytına açıqlama verən müğənni E.Xəlilova sözügedən saytda 23.08.2010-cu tarixdə "Qan" qrupu "Təlqin" deyir" başlıqlı yazıda qrupun məhz özü tərəfindən yaradıldığının göstərilməsini də qeyd edib.

 "İstəyənlər həmin başlıqla olan yazını tapıb, oxusunlar. Xəbərdə olduqca aydın formada qrupun məhz mənim tərəfimdən yaradıldığı qeyd olunub".

 Müğənni Facebook sosial şəbəkəsindəki profilində yaşanan insidentə münasibətini bildirdiyini də vurğulayıb. E.Xəlilovanın öz profilində paylaşdığı statusu sizə təqdim edirik:

 "Yəqin ki, mən də nə vaxtsa məqalə yazmaq istəsəydim, ona belə başlıq qoyardim: Oxucuları aldatmaq olmaz, ANSPRESS. Təbii ki, mən də onlara uğurlar arzu edirəm. Bildirmək istəyirəm ki, yazılan xəbər yalandır. Bu isə heç yaxşı adət deyil, sitatın sonu".

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs