news Image
2015.01.04
21:13
| A A A
Məşhur türk aktrisasından Azərbaycana təhqir

"Azərbaycandan saxta diplom alıb prezidentliyə namizəd olacam".

Türkiyənin tanınmış aktrisalarından biri Azərbaycandan saxta, dəyərsiz diplom almaq niyyətindəri.

Movqe.az-ın Gecce.az-a istinadən məlumatına görə, Müjdə Ar "Hürriyət" qəzetinə müsahibəsində belə deyib.

"Siyasətlə məşğul olmaq haqqında düşünürsünüzmü?" sualına cavabında aktrisa növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyini deyib.

Aktrisa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun müddət gündəmdən düşməyən Ağ sarayına da söz atıb. Belə ki, o, seçkiləri qazana bilsə bu sarayı film çəkilişləri üçün meydançaya çevirəcəyini deyib.

Diplomu belə olmayan, əsasən 1980-cı illərdə çəkilən türk seriallarında açıq-saçıq obrazları ilə seçilən aktrisanın bunu necə edəcəyi barədə suala isə heç düşünmədən Azərbaycandan dəyərsiz diplom alacağını deyib.

Geniş müsahibəsində o, Rusiya lideri Vladimir Putinin Ərdoğanın yeni iqamətgahını nə üçün bəyəndiyini anlamadığını da deyib. "Yəqin Sankt Peterburqdakı Ermitaja bənzədib".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs