Əlaqə Arxiv
news Image
2015.01.05
12:10
| A A A
İnternatdakı uşaqlara bayram sevinci yaşatdılar
Mərdəkan 3 saylı uşaq evində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə bayram proqramı təşkil edilib. Movqe.az xəbər verir ki, tədbirdə fiziki və əqli problemləri olan uşaqlara canlı musiqi, dadlı təmlar və bol-bol hədiyyələr təqdim eidlib. Tədbirə qatılan Birləşmiş Ərəb Əmirlikləri – Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Tural Bayraməliyev uşaqları bayram sovqatı ilə sevindirib. Müğənni Yaşar Yusub, Humay Qədimova, teleaparıcı Cavid Gül də qüsurlu uşaqlara doğmalıq göstərməklə yanaşı, onları öz çıxışları ilə əyləndiriblər. Tədbirin sonunda açıqlama verən Mədəniyyət mərkəzinin sədri Tural Bayraməliyev bunları qeyd edib:

"Dövlət tərəfindən himayə götürülən uşaqların bütün ehtiyacı ödənilir. Onlara dövlət tərəfindən kifayət qədər diqqət və qayğı göstərilir. Biz də bayram tədbirinə qatılmaqla, uşaqları təbrik edib, hədiyyələr təqdim etməyi özümüzə borc bildik. Mədəniyyət mərkəzinin xətti ilə xeyriyyə işlərimiz davam edəcək. Növbəti bayramlarda bu və digər uşaq və ya qocalar evinin sakinləri üçün böyük konsertin təşkilini nəzərdə tuturuq".
Qeyd edək ki, T.Bayraməliyev və sənətçilər uşaqların əl işləri, emalatxanaları, dərnəg otaqları ilə tanış olublar. İstedadını qonaqlarla paylaşan uşaqlar, onlara üzərində Azərbaycanın bayrağı həkk olunan əl işlərini hədiyyə ediblər.


































































































Sizin Reklam Yeriniz