Əlaqə Arxiv
news Image
2015.01.05
16:53
| A A A
Qazaxıstanlı müğənni Qarabağda mahnı oxumaq istəyir - FOTO
Azərbaycan əsilli Qazaxıstan müğənnisi Neyla Quliyeva Dağlıq Qarabağda mahnı oxumağı arzu edir.

Bu barədə müğənni müsahibəsində deyib.

Gələcək planlarından danışan Neyla Quliyeva deyib ki, ən böyük arzularından biri Qarabağda mahnı ifa etməkdir.

"Siyasətlə maraqlanmıram. Ancaq açıq-aydın görünür ki, mənim Vətənim böyük haqsızlığa qarşı dözür. Torpaqların 20%-i işğal edilib. Lakin dünya ictimaiyyəti bu problemin həlli üçün heç bir addım atmır. Ümid edirəm ki, yeni mahnılarım Azərbaycan üçün mənəvi dəstək olacaq", deyə N.Quliyeva bildirib.

anspress.com
Sizin Reklam Yeriniz