Əlaqə Arxiv
news Image
2015.01.06
17:26
| A A A
"Elnarə bütün günü mənlə qeybət edirdi"

Movqe.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir müddət əvvəl qalmaqal yaşadığı həmkarı Elnarə Xəlilovadan danışıb. O, aparıcının "Elnarə xanım deyir ki, sizi tanımır" sözlərinə belə cavab verib:

"Yalansa, onun gözü çıxsın. Guya ulduzdur, məni tanımır. Hələ ki, onun ulduzluq imzası yoxdur. Elnarə bütün günü mənlə qeybət edirdi. Niyə yadından çıxmışam? Bizdə şou-biznesdə bu sözü demək dəbdir. Amma təzə çıxan ifaçını belə mütləq tanıyırıq. Eyni sahənin adamlarıyıq, tanımamaq mümkün deyil".

Xatırladaq ki, E.Xəlilova S.Sultanla bağlı bu açıqlamaları vermişdi:

"Elə bir həmkarımı tanımıram. Mən onunla eyni qrupda oxumamışam. Məndən sonra o qrupda ola bilər. Onu həmkar olaraq, hələ ki, tanımıram. Mən Milli Konservatoriyanın məzunuyam, peşəkar, ali savadlı xanəndəyəm. O gərək mənim statusumda olsun ki, həmkarım hesab edilsin. Başa düşdünüz də? Mənim həmkarlarım Röya Ayxan, Natavan Həbibi, İradə İbrahimova və Samira Allahverdidir".

Sizin Reklam Yeriniz