Əlaqə Arxiv
news Image
2012.07.30
11:55
| A A A
Facebook-dan ən aktiv istifadə edən azərbaycanlı müğənnilər - Siyahı
Movqe.Az xəbər verir ki, dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook-un Azərbaycanda 1 milyona yaxın istifadəçisi var. İstifadəçilər arasında hər cür insan tapmaq olar.

Gün.Az Facebook-da ən çox vaxt keçirən sənət adamlarının kimliyi haqda kiçik araşdırma aparıb.

Xalq artisti Faiq Ağayev Facebook-da çox aktiv olan istifadəçilərdəndir. Müğənnin sosial şəbəkədə 3800-dən çox dostu var. Bir müddət öncə xalq artisti səhifəsinin həqiqiliyini sübut etmək üçün şəxsiyyət vəsiqəsini profil şəkli etmişdi.

F.Ağayev səhifəsinə daha çox özü ilə bağlı statuslar, fotolar, videolar yerləşdirir. Müğənninin fanatlarıyla ünsiyyətə girməsi, onların bütün şərhlərini reaksiya verməsini də qeyd etmək yerinə düşər. Bu baxımdan Faiq Ağayevi Facebook-dan ən aktiv istifadə edən müğənnilərdən adlandıra bilərik.

Əməkdar artist Aybəniz Haşımova səhifəsində daha çox özü haqda məlumatlar, fotolar, kliplər paylaşır.

Müğənni Facebook-da "Əsl səs, əsl sənətkar" qrupunun yaradıcısıdır. Bu qrupda Azərbaycanın əvəzolunmaz ifaçıları, xalq artistləri haqda məlumat yayımlanır, onların mahnıları paylaşılır.

Bu qrupu sosial şəbəkələrdə Azərbaycan musiqi mədəniyyətinin ən aktiv təbliğatçısı adlandıra bilərik.

Bu baxımdan əməkdar artist Firuzə İbadovanı da qeyd etmək lazımdır.

Bundan başqa, gənc müğənnilər İlhamə Qasımovanı, Elnur Məmmədovu, Aynişan Quliyevanı, Elyanə Əhmədovanı, Xəyyam Nisanovu, Şölə Səfərəliyevanı, Ayaz Qasımovu da aktiv Facebook istifadəçiləri adlandıra bilərik.

Adlarını çəkdiyim məşhurların sosial şəbəkədə yüzlərlə, minlərlə dostu var. Bu da onların xalqa, millətə bağlılığının bariz nümunəsidir.

Unutmayaq ki, ictimaiyyətin üzdə olan şəxsləri sıravi vətəndaşlara nə qədər səmimiyyət göstərsələr, nə qədər ünsiyyətcil olsalar bir o qədər də sevilərlər. Çünki onlar unutmamalıdırlar ki, onları həmin zirvələrə daşıyan, orada saxlayan məhz Azərbaycan xalqıdır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz