Əlaqə Arxiv
news Image
2015.01.08
17:20
| A A A
“Meyxana çox vaxt aparır, oxumayacam” – Namiq

Movqe.az xəbər verir ki, meyxanaçı Namiq Qaraçuxurlu özünə qadağa qoyub.

"Gündəlik" verilişinə qonaq olan ifaçı bundan sonra toylarda meyxana oxumayacağını deyib:

"Əvvəl toyda meyxana oxuyurdum, işim yaxşı getmirdi. Əgər bir gündə üç toya getməliydimsə, meyxanaya görə birində ilişib qalırdım. Meyxana çox vaxt aparır. Digər iki toya getmək alınmırdı, vaxt çatmırdı. Ona görə də, qərar verdim ki, daha belə olmayacaq. Meyxana mənim sənətimdir. Məclisə gedib meyxana deyib pul qazanmaq sənət deyil. Toy biznesdir, oxuyub pulumu qazanıram. Sənətim üçün xidmətim isə başqadır. Məsələn, "Natiq" ritm qrupu ilə birlikdə hazırladığım duet meyxana sənətinə bir xidmətim idi".
N.Qaraçuxurlu aparıcının "Deyirlər Namiq çox paxıldır. Həmkarlarına mahnı bəstələmir" sözlərinə isə belə cavab verib:

"Əvvəl risk etmirdim. Deyirdim bir az təcrübə toplayım sonra. İndi təcrübə topladım. Amma mahnı yazmağa vaxt çatdırmıram. Yoxsa, mənim elə paxıllığım yoxdur".

Sizin Reklam Yeriniz