news Image
2015.01.13
18:10
| A A A
“O evi almaq üçün maşınımı satdım”

Prodüser Toma Hüseynəliyeva ifaçı Günay İbrahimli ilə işə başlamasına həyat yoldaşı, müğənni Elton Hüseynəliyevin müsbət yanaşdığını deyib.

Movqe.az xəbər verir ki, Axşam.az-ın əməkdaşı ilə söhbətində prodüser bunları söyləyib:

"Eltonla küsülü idik, ondan incimişdim. Dedim ki, mən işləyəcəm. Dedi: "Hə yaxşı, neyləyim onda?". Küsülülüyümüzdən istifadə etdim. Uşaqlarımız böyüyüb. Elton görürdü ki, tez-tez onun işləri ilə maraqlanıram, işləməyə həvəs göstərirəm. Eltonun yanında Tolik var, ondan rahatam. Mən onun həyat yoldaşıyam, nə vaxtsa mənə ehtiyacı olsa, yanındayam".

T.Hüseynəliyev yeni aldıqları evdən də danışıb:

"Bina evində yaşaya bilmirəm. Elton da hər dəfə deyirdi ki, həyət evi alarıq, amma uzanırdı. Çox baha qiymətə torpaq sahəsi aldıq. O pula şəhərin mərkəzində iki ev ala bilərdik. Həyətdə ikimərtəbəli ev də var idi. Amma ürəyimcə olmadı, sökdürdüm. O evi almaq üçün maşınımı da satdım. Yeni evimin layihəsi hazırdır. Bir-iki sənəd işi var, həll olandan sonra tikintiyə başlayacağıq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs