news Image
2015.01.14
16:01
| A A A
Sosial şəbəkə istifadəçiləri onu seçdi

"Zirvədəkilər – 2015"  mükafatlandırma mərasimi keçirilib. Sosial şəbəkədə aparılan sorğu nəticəsində ən çox bəyənilən sənətçilər mükafatlarla təltif olunub. Mükafatçılar sırasında gənc müğənni, bu günlərdə "Bakı payızı" müsabiqəsinin qalibi olan Orxan Babazadə də var. 

Bu barədə Movqe.az-a sənətçi özü məlumat verib. Müğənni "Bahar çiçəyim" mahnısına görə təltif olunub. Mahnının musiqisi müğənni Ceyhun Əliyevə, sözləri isə teleaparıcı Azər Şirinə məxsusdur. Belə bir məşhur festivalda iştirak edib, qalib olduğuna görə sevindiyini deyən müğənni təəssüratlarını bölüşüb: "Qalib olmağın sevincini yaşayıram. Məni ən çox sevindirən bu oldu ki, mahnım sosial şəbəkələrdə ən çox bəyənilənlər sırasındadır. Demək ki, insanlar ifamı bəyənib və qiymətləndiriblər. Gənc müğənni kimi bu, məni ruhlandırır".


Qeyd edək ki, rejissor Nail Naiboğlunun təşkil etdiyi mərasim xalq artisti Flora Kərimovanın ifası ilə başlayıb.  Rəşid Behbudov adına Mahnı Teatrında gerçəkləşən gecədə mükafatları sahiblərinə iş adamları, idmançılar, elm xadimləri təqdim edilib.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs