news Image
2012.04.11
17:03
| A A A
Fəxriyyə Xələfovadan sürprizlər: moda nümayişi və “Xəzərin ətri” – FOTOSESSİYA
Modelyer nəyi tamamilə ölkəmizin öz əhval-rühiyyəsinə görə yaradıb?

Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın xüsusi geyim kolleksiyasından ibarət moda nümayişi olacaq. Bu barədə Movqe.Az xəbər portalına Fəxriyyə Xələfova özü məlumat verib. F.Xələvova bildirib ki, konsert mayın 13-də "Eurovision" müsabiqəsinin mədəniyyət proqramı çərçivəsində təşkil olunacaq: "Mayın 13-də Heydər Əliyev Sarayında mənim moda nümayişim olacaq. Bu "Eurovision" müsabiqəsinin mədəniyyət proqramı çərçivəsində təşkil olunacaq. Bir neçə müddətdir ki, həmin nümayişin hazırlıq mərhələsinə hazırlaşıram. Çünki həmin konsertdə böyük kolleksiya (60 geyimdən ibarət) təqdim edəcəyəm. Geyimlər müxtəlif stildə olacaq. Mənim üçün ən böyük yenilik-gəlinlik stilində olan geyimləri təqdim edəcəyəm. Hal-hazırda bu mərhələdə işlər gedir və yekunlaşmaq üzərədir", - F.Xələfova dedi


Əməkdar incəsənət xadimi onu da qeyd etdi ki, konsertdə yalnız Azərbacan modelləri çıxış edəcəklər. O, xaricdən model dəvət etmədiyini bildirdi: "Tədbirdə bizim öz modellərimiz iştirak edəcəklər. Xaricdən heç bir model dəvət etməyəcəyəm. Hal-hazırda "Fashion model school" moda agentliyi ilə çalışıram. Həmin model agentliyində 30 model var ki, bu da böyük göstəricidir. Buna həm "Eurovison" müsabiqəsi, həm də ki belə bir konsertim təkan verdi. Bir də ki, "Eurovision" müsabiqəsi zamanı modellərə daha çox ehtiyac olunacaq".


F.Xələfovanın "Nuray" qadın ətirindən sonra kişi ətiri üzərində çalışdığını dəfələrlə deyib. Nəhayət ki, modelyer "Caspian Essense" ("Xəzərin ətri") adlı ətirini təqdim edib. O, ətir haqqında ilk dəfə Movqe.Az-a danışdı: "Nəhayət ki, kişilər üçün hazırladığım ətir satışa çıxarıldı. "Caspian Essense" ("Xəzərin ətri") adlı ətir tamamilə ölkəmizin öz əhval-rühiyyəsinə görə yaratmışam. Bu kişi ətri olduğunadan bilirdim ki, bu, mənim üçün daha da çətin olacaqdır. Amma buna baxmayaraq, çox maraqlı bir variantı seçdim. Belə ki, Xəzər dənizini vəsf etdim. Xəzərdən gələn rüzgarın, sualtı aləmin təəssüratları, tropik ağacların, otların köklərinin qoxusunu ətirdə cəmləşdirdim. Ona görə də ətir soyuq və təravətlidir. Nəzərə alsaq ki, ətir indi satışda varsa, qarşıdan gələn yay fəsilində kişilərin əvəzolunmaz vasitəsi olacaq", - F.Xələfova dedi.


Fuad Mədətov















Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs