Əlaqə Arxiv
news Image
2015.01.22
14:55
| A A A
“Ehtiras keçici şeydir”

Movqe.az xəbər verir ki, İradə İbrahimova həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Türkiyəyə gəlin köçən sənətçi ailə həyatında baş verən çətinliklərin öhdəsindən necə gəldiyini açıqlayıb: "Aşk"dır, ehtirasdır bunlar keçici şeylərdir. Əsas sevgi və doğmalıqdır. Artıq sən onun bir baxışından bilirsən ki, nə istəyir.

Mən heç vaxt yoldaşımın xoşuna gəlməyən geyimi geyinmərəm. Ceyhun deyir ki, sən bu geyimdə rahatsansa, buyur geyin. Önəmli olan sənin rahatlığındır.
Biz də dörd-dördlük deyilik. Toqquşduğumuz anlar da olur. Mən hirsli olanda o çəkinir, o hirsli olanda mən...

Əsas altdan almaq və səbr etməkdir. İndiki gəlinlər niyə brilliant almadın deyə kapriz edirlər. Həyatı çətinləşdirmək yox, şirinlik edib yaşamaq lazımdır."

Sizin Reklam Yeriniz