news Image
2015.01.26
15:30
| A A A
Elnarə yenə körpələrdən danışdı - "5 uşağım da ola bilər"

Müğənni Elnarə şəxsi həyatından danışıb. Hər zaman çox uşaq arzulayan müğənni deyib ki, həyatı irəlidədir: "5 uşağım da ola bilər. Niyə də olmasın?"

Movqe.az bildirir ki, ifaçı şəxsi həyatı ilə tamaşaçılara nümunə olmaq istədiyini də vurğulayıb: "Çalışıram ki, nümunə olum şəxsi həyatımla. Axı mənə gənclər baxırlar. Xanımlar, bəylər, ailəli olanlar, olmayanlar hamı bizdən nümunə götürür. Mən üzdə olan insanam. Haradasa, qaymağam".

Elnarə bir müddət əvvəl sosial şəbəkələrdən müvəqqəti uzaqlaşmağı haqqında da danışıb: "Sosial şəbəkələrdən bir müddət imtina etdim. 3 ay telefonumu da söndürdüm. Heç kimi görmək istəmirdim. Hər şey üstümə gəlirdi".

Müğənni yarıdıcılıq işlərindən də danışıb. "Yeri gəldikcə iş görmək lazımdır. Hər ay bir iş görüb, tez də yaddan çıxmaq istəmirəm. İstəyirəm ki, ildə 1 dəfə, 2 dəfə olsun, amma şillə olsun, yadda qalsın, 1 il hamı ondan danışsın. Hələ ki, belə olub, bunu qoruyub saxlamışam".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs