Əlaqə Arxiv
news Image
2012.08.01
13:20
| A A A
Nura tamaşaçı qıtlığı yaşayır? – Eksklüziv - Video
Movqe.Az xəbər verir ki, şou-biznesdə daha bir qalmaqal yaşandı.

Şou-biznes aləmində daha bir qalmaqal mövzusu yaranıb. Bu dəfə gənc müğənni Mila Nura Suri ilə toqquşur. Mila televiziya kanallarındakı verilişlərdən birində Nuranın tamaşaçı qıtlığından əziyyət çəkdiyini deyib. Qəribə burasıdır ki, Nura bu ittihamı sakit qarşılamayıb. Elə verilişdən bir neçə dəqiqə sonra Nura sosial şəbəkədə həmin süjeti paylaşaraq münasibətini bildirib.

Onun fikrini olduğu kimi təqdim edirik: "Deməli, ilk öncə bütün problemlər "Arxiv" verlişindən başladı. Mirsalam Mirsalamov verilişlərin rəhbəri olduğu vaxtlarda mənə təklif gəldi ki, "Arxiv" verilişində iştirak edim. Seymur Zəkərayevlə birlikdə Mirsalam, Elşən Orucov və mən görüşdük, danışdıq. "Mən qalmaqalllı verilişlərə getmirəm." – dedim və  - "əvvəlki qalmaqalların gündəmə gəlməsinin əleyhinəyəm." Dostcasına ayrıldıq." – sitatın sonu.

Mila isə "............"a Nuranın həqiqətlə qarşılaşıdığı üçün belə bir açıqlama yaydığını bildirdi. O, Nura haqqında söylədiklərinin yalan olmadığını bir daha təsdiq edir: "Milyonlarla insan qarşısına çıxan hər bir sənətçinin borcu  tamaşaçı ilə ünsiyyət qurub, özünü sevdirə bilməkdir. 24 saat müxtəlif proqramların üz qabığı olmaqla deyil, tamaşaçı ilə münasibət qurmaq lazımdır. Tamaşaçını aldatmaq olmaz. Ona görə də onlar hara getmək lazım olduğunu yaxşı bilir. Tamaşaçı qıtlığı olan müğənnilər olduğunu dedim və Nuranı misal çəkdim. Mən  solo konsertimlə belə bir problemim olmadığını sübut etdim."

Qalmaqal salan süjeti sizə də təqdim edirik:


Sizin Reklam Yeriniz