Əlaqə Arxiv
news Image
2012.08.01
17:35
| A A A
Sevda Yəhyayeva prodüserindən ayrıldı
Movqe.Az xəbər verir ki, Azərbaycanın populyar və eyni zamanda gənc müğənnisi Sevda Yəhyayeva prodüseri Pərviz Əsgərovdan ayrıldı.

Sevda Yəhyayeva prodüseri Pərviz Əsgərovla iş birliyinə son qoyub. Qeyd edək ki, onlar artıq iki ildir bir yerdə çalışırdılar. Keçmiş prodüser verdiyi açıqlamalarda bildirib ki, ayrılma səbəbləri çox sadə olub: "Sevda gözəl müğənni olmaqla bərabər, həm də yaxşı insandır. Onun yanında işlədiyim dövr ərzində yaxşı təcrübələr əldə etmişəm. Bundan sonra da Sevda ilə münasibətlərimiz davam edəcək. Mən onu anam və bacımla bərabər tutmuşam. Sadəcə olaraq, indi ayrılmaq məqamı idi, ayrıldıq".

 Pərviz Əsgərov prodüserlik fəaliyyətini davam edib-etməyəcəyinə gəlincə isə bunları deyib: "Sevdadan yaxşı, uğurlu bir müğənni olarsa, təklifi dəyərləndirməyə çalışaram". O, hazırda şirkətlərin birində biznes sahəsində çalışdığını bildirib.

Qeyd edək ki, bəzi məlumatlarda Pərvizin S.Yəhyayeva ilə iş birliyinə son qoymasını, onun Xəzər Lənkərana qarşı olan münasibəti ilə əlaqələndirirlər. Lakin bu fikirlərə qəzəblənən P.Əsgərov öz Facebook səhifəsində məsələyə  aydınlıq gətirib:

"Niyə görəsən mənim işdən çıxmağımı Xəzər Lənkəranla bərabər tuturlar?! Dəqiqləşdirməmiş belə başlıqlar yazırlar? Birinin üstünə beşini qoyub yazmaqla nə qazanırlar ki? Mən bu gün də öz fikrimdəyəm, Azərbaycanda mənim üçün Neftçidən başqa güclü klub yoxdur! Və mən heç bir statusumda klub adı yazıb təhqir etməmişəm, yazdığım statusda bəzi Azərbaycanlı futbolçuları demişəm. Nə Xəzər, nə İnter klubun adını çəkməmişəm! Belədir ki, Avro liqa oyunlarında elə Xəzər-in oyununu həyəcanla izləmişən, çünki Azərbaycanı təmsil edirdilər! Heç kimdən qorxmuram qərəzli olmağımda komandaların uduzması ilə bağlı olub və fikrim də qətiyəm!" - sitatın sonu.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz