news Image
2012.08.03
16:08
| A A A
6 ay ömrü qaldı?
Movqe.Az xəbər verir ki, "Evdə Tək" filminin ulduzu  Kalkin Makoleyin  heroindən asılı olduğu və 6 aylıq ömrü qaldığı xəbəri yayılıb. Amerikalı 31 yaşlı aktyorun heroindən asılı olduğu iddia edilib. "Evdə Tək" filminin baş rol ulduzu haqqında bu xıbır ABŞ-da nəşr olunan "National Enquirer" qəzetində bildirilib.

Qəzet bundan əlavə, Kalkinin 6 aylıq ömürü qaldığını da yazıb. Aktyorun yaxın bir dostunu qaynaq olaraq göstərən qəzet, Kalkinin narkotikə 2010-ci ildə aktrisa Mila Kunisdən ayrıldıqdan sonra başladığını, narkotikə ayda 6 min dollar xərclədiyini də yazıb. Kalkinin spikeri iddiaları rədd edib. Son 5 ildir filmlərdə rol almayan Kalkin gecə klublarında DJ-lik edir.