Xalq artisti İlhamə Quliyeva mayda konsert verəcək.
Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə,
müğənni bu haqda "Star life" verilişinə açıqlamasında deyib:
"Yarım əsrin hesabatı olacaq. Bu, ulu öndər Heydər Əliyevin ad günü
ilə bağlıdır. Layihələrim çoxdur. Hamısını zamanla
reallaşdıracam".
İ.Quliyeva onun ünvanına sərt sözlər deyən ifaçılara xəbərdarlıq
edib:
"Kimisə təhqir etməyə, şərəfinə toxunmağa heç kimin haqqı çatmır.
Eləsi var ki, mənimlə dostluq etməyə can atır. Hər kəs öz
səviyyəsində, statusunda olanlarla dostdur. Yaxınıma
buraxmadıqlarım tez çaşıblar. Sənətdə yarım əsri geridə qoymuşam.
Ömrümün yarısını ləyaqətlə yaşamışam. İndən sonra da belə
olacaq".
İ.Quliyeva məhkəmə çəkişməsində olduğu xalq artisti Nazpəri
Dostəliyevadan da bəhs edib:
"Bəsdir, ora-bura qaçdın. Məhkəmədən tələb edəcəm ki, ona
Azərbaycandan çıxmaq qadağası qoyulsun. Borcu olan, dövlət
qanunlarına əməl etməyən birinin bu ölkəni tərk etmək hüququ ola
bilməz. Gətirib 25 min manatı ödəsin. Qarşıdan Novruz bayramı
gəlir. O pul ehtiyacı olan insanlara çatmalıdır. İki dünya bir
olsa, həmin məbləğ ödənməlidir. Məhkəmənin qərarına əsasən, ilk 3
ayda təzminatı ödəməli, məndən üzr istəməli idi. Üstündən 7 ay
keçsə də, hələ ortada heç nə yoxdur. Əgər yaxın günlərdə bunlara
əməl etməsə, başqa addımlar atacam".