news Image
2012.08.08
13:43
| A A A
“İkimiz” ekranlara gələcək - Fotosessiya
Movqe.Az xəbər verir ki, Ramin Şövkətov yenə işə qayıtdı.

Gənc müğənni Ramin Şövkətov artıq iş başına dönüb. Ifaçı "Movqe.Az"-a açıqlamasında yeni mövsümə hazlaşdığını deyir. Bir neçə mahnı üzərində çalışan Ramin sentyabr ayında daha bir hit kompazisiyanı dinləyicilərə təqdim edəcək. Bu dəfə o fərqli üsluba müraciət etmək fikrindədir: "Bir neçə mahnı üzərində seçim edirik, amma demək olar ki, bəllidir, sadəcə dəqiqləşdirəcəyik.

Hələlik bəstəkarın adını sirr saxlayıram, təkcə onu deyim ki, sevilən və populyar musiqiçidir. Son ifa etdiyim "İkimiz" mahnısı dinləyicilər tərəfindən çox sevildi. Bu,  ritmik, əsl yay əhval-ruhiyyəsinə uyğundur. Yeni mahnımız isə lirika olacaq."

Ramin Şövkətov  Pərviz Mahmudovun Leylinin şerinə bəstələdiyi və Hakan Erolun aranjeman etdiyi "İkimiz" mahnısının ekran versiyasını da hazırlamaq niyyətindədir. Bunun üçün o, kameralar qarşısına çıxmağa hazırlaşır: "Bundan əvvəl ifa etdiyim mahnılardan birini də Nail Naiboğlu ekranlaşdırıb. "İkimiz" mahnısının klipini lentə almaq üçün yenidən ona müraciət edəcəyəm.

Klipin süjeti haqqında öz təsəvvürlərim də var. Ola bilər ki, mənim ideyalarımdan da istifadə edilsin. Artıq çəkliş məkanları və geyim axtarışlarına başlamışıq." Ramin sentyabr ayında televiziya kanallarından birində yeni başlayacaq verilişin ilk qonağı olacağını da əlavə etdi. Proqramın yaradıcı heyəti "İkimiz"in məhz ilk buraxılışda səslənməsini istəyib: " Sevilən  aparıcı və müğənni  Ədalət Qəhrəmanlının "Tez bazar" adlı yeni maraqlı və əyləncəli verilişi yayıma başlayacaq. Şəhərin məşhur istirahət və əyləncə mərkəzlərindən birində çəkiləcək verilişin ilk qonağı olacağıma sevinirəm.

Ədalət Qəhrəmanlı "İkimiz" mahnısını çox bəyəndiyini və proqramda məhz bu mahnını ifa etməyimi xahiş etdi." Ramin kompazisiyanın Nail Naiboğlunun "Lider" telekanalında efirə gedəcək "Mahnı-2012" layihəsində də uğur qazanacağıa əmindir: ""Mahnı-2012"-də  "İkimiz" mahnısının rəqqaslarla təqdimatı çıxışıma bir rəng qatdı. Layihəninin 3-cü buraxılışında bir neçə yaxşı mahnı və ifaçı var, onların arasında Elçin Cəfərovu özümə rəqib görürəm." 



Türkan Nadirqızı

Movqe.Az