Əlaqə Arxiv
news Image
2012.08.08
18:44
| A A A
Natalie Portmanın toyundan ilk kadrlar

Movqe.az xəbər verir ki, keçən həftə Kareograf sevgilisi Benjamin Millepied ilə həyatını birləşdirən Hollywoodun məşhur aktrisası Natalie Portmanın toyundan ilk kadrlar yayılıb. Hollywoodun məşhur aktrisası Natalie Portman Black Swan (Qara Qu quşu) filminin çəkilişlərində tanış olduğu və bir müddətdir birlikdə olduğu Benjamin Millepiedlə evlənib.

Cütlüyün yoldaşlarının və ailələrinin qatıldığı, mətbuata bağlı olan toy mərasimindən ilk kadrları yayılıb.

ABŞ-ın Kaliforniya əyalətində keçirilən toyda çəkilən və dünya mətbuatına əks olunan kadrlardan Portmanın ayaq biləklərində bitən qabarıq bir gelinliklə görülür.


Ivanka Trump, Macaulay Culkin və Rashida Jones kimi məşhurların da iştirak etdiyi 60 nəfərin qatıldığı mərasimdə səhərin ilk işıqlarına qədər hip-hop tərzində musiqi çalındığı bildirilir.

Qonaqların biri maqazin jurnalı In Touch Weeklyə danışaraq bunları söyləyib: "Gəlinliyi möcüzə idi. Öz şəxsiyyətini əks etdirən bir seçim idi."

Yəhudi ənənəsinə görə kəbini kəsilən cütün Aleph adında bir oğulları var.


Sizin Reklam Yeriniz