Əlaqə Arxiv
news Image
2015.04.02
17:00
| A A A
"Kişilərə ayırmağa vaxtım yoxdur"

"Hilton" otellər şəbəkəsinin varisi, dizayner-müğənni Paris Hilton "Dujour" jurnalı üçün fotosessiya etdirib.

Sənətçi dərgiyə müsahibəsində artıq zəngin həyatdan bezdiyini etiraf edib:

"Mən artıq böyümüşəm. Əvvəllər bir dənə də olsun gecə əyləncələrindən qalmırdım. Ancaq indi klublara nadir hallarda gedirəm. Artıq istədiyim hər şeyi etmirəm. Məsələn, indi kişilərə ayırmağa vaxtım yoxdur. Tək olmaq yaxşıdır".

Paris hazırda çoxmilyonlu biznesi ilə məşğul olduğunu deyib. Hilton insanların onun haqqında düşündüyü kimi axmaq olmadığını söyləyib:

"Çoxları elə bilirlər ki, mən axmağam. Ancaq insanlar mənimlə yaxından tanış olduqdan sonra görürlər ki, mən tamamilə başqayam. Məni axmaq hesab etdiklərinə görə onların heç birinə hirslənmirəm. Çünki bu cür yaşamaq daha asandır. Onsuz da mən həqiqəti bilirəm".

Sizin Reklam Yeriniz