Əlaqə Arxiv
news Image
2015.04.06
10:20
| A A A
İbrahim Tatlısesdən xəbər var FOTO
Tanınmış müğənni Sibel Can ABŞ Mayamidə xəstəxanada olan İbrahim Tatlısesi ziyarət edib

Türkiyənin tannmış müğənnisi Sibel Can ABŞ Florida ştatının Mayami şəhərində xəstəxanada olan müğənni İbrahim Tatlısesi ziyarət edib.Movqe.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, ziyarətin detalları barədə ətraflı məlumat verilməsə də, Tatlıses Sibel Canla çəkdirdiyi fotonu şəxsi instaqram səhifəsində paylaşıb. Fotoya yazılmış şərdə isə, "Oy Mayami, Mayami. Sibo sənə doyami..." sözləri qeyd edilib. 

Qeyd edək ki, İbrahim Tatlıses 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb.Məşhur türkücü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. 6 gün komada qalan İbonun oyandırıldıqdan sonra adi otaqlardan birinə köçürüldüyü bildirilir.


Sizin Reklam Yeriniz