news Image
2015.04.06
12:50
| A A A
Doğuş Alim Qasımovla duet oxuyacaq
Bu barədə eksklüziv açıqlamanı müğənni özü verib

Azərbaycanlı aparıcı ilə ailə quran məşhur türk müğənnisi Doğuş xalq artisti Alim Qasımovla duet ifa edəcək.  Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, ANS-də yayımlanan və hər buraxılışı səs-küyə səbəb olan "A-dan Z-yə" şousunun növbəti qonağı tanınmış türk müğənnisi Doğuş olub. Türk müğənnisi eksklüziv açıqlamasında Alim Qasımovun sənətinə böyük hörməti olduğunu deyib. "O çox böyük sənətkardır. Tezliklə onunla duet layihəmiz olacaq. Fəxr edirəm ki, səsinin vurğunu olduğum bir insanla bir araya gələcəyik". Doguş verilişdə Alim Qasımovun repertuarından olan mahnılardan birini də musiqiçilərin müşayiəti ilə canlı ifa edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs