Əlaqə Arxiv
news Image
2015.04.06
18:45
| A A A
"Bilirəm ki, Doğuş yalnız məni sevir"
Aparıcı Xoşqədəm Hidayətqızı "A-dan Z-yə" verilişində həyat yoldaşı, türkiyəli müğənni Doğuşdan danışıb.

Movqe.az-ın məlumatına görə, o, həyat yoldaşını qısqanmadığını bildirib:"Tədbirdə tanış olduq. Əvvəl dost idik. Evlilik təklifi edəndə onu bir az süründürdüm. Doğuşla ailə qurmaq heç vaxt ağlıma gəlməzdi. Həyat yoldaşımı qısqanmıram. Bilirəm ki, o, yüzlərlə insan içində olsa da, yalnız məni görür və sevir. Uşaqlıqdan arzu etmişəm ki, rayondakı kimi həyət evimiz olsun. Samovar çayı hazırlayım, həyətdə iş görüm... Doğuşun da belə arzusu olub. Çox adam sual verir ki, onlar birlikdə yaşayırlar? Bu qədər hadisələrdən sonra hələ də bizim ailə qurmağımıza inanmayanlar var. Bir-birimizə söz vermişik. Hər zaman bir yerdə olacağıq".

 X.Hidayətqızı ana olmaq istəyindən də bəhs edib:"Doğuş əvvəllər övladı olmasından qorxurdu. Deyirdi: "Qorxuram övladım mənim gördüyüm əzabları yaşasın, uşaq evində böyüsün. Amma səninlə ailə qurandan sonra bu qorxum yox olub. İstəyirəm ki, övladımız olsun. Çünki mən olmasam da, sən ona sahib çıxacaqsan və əsl ana olacaqsan".


Sizin Reklam Yeriniz