Əlaqə Arxiv
news Image
2015.04.07
01:00
| A A A
“Qadın kişinin əzabına dözməməlidir”
Rejissor Aqil M.Quliyev “Qadın hər əzaba dözməli, boşanmamalıdır” fikrinə qarşı çıxıb.

Movqe.az-ın məlumatına görə, "Yeri gəlmişkən" verilşinə qonaq olan rejissor xanımları müdafiə edib:

"Ailə "lotoreya" kimidir. Bəxtin varsa, yaxşı alınacaq. Yoxdursa, nə qədər ağsaqqal məsləhəti ilə evlənsən də alınmayacaq. Qadın hər şeyə dözməlidir fikri ilə razılaşmıram. O vaxt dözür ki, çalışa bilmir, çarəsiz qalır. Düşünür ki, boşansam nə edəcəm çalışa da bilmirəm. Nə etsin? Valideynləri də qəbul etməyəcək. Qadında insandır axı. İndi oxuyan, işləyən xanımlar əzaba dözmür. Qərbin bəzi qanunlarını çox sevirəm: nikah müqaviləsi. Bu zaman hər kəsin niyyəti bəlli olur. İkinci isə bir-birini sevən gənclər aralarındakı problemi valideynə deməmiş, psixoloqa gedirlər". Hələ də evlənməməsi ilə bağlı suala isə rejissor "Bekarlıq sultanlıqdır" deyə, cavab verib.

Sizin Reklam Yeriniz