Əlaqə Arxiv
news Image
2012.04.12
17:25
| A A A
Qurd Azərbaycan xalqına nə hədiyyə edib? - FOTO – VİDEO

"Klan-A-Plan" rep qrupunun solisti Qurd yeni mahnı ifa edib.
Bu barədə Movqe.Az xəbər portalına qrupun solisti özü məlumat verib. Qurd bildirib ki, "Rəqs edir hər kəs" adlı mahnısını milli üslubda hazırlayıb.

"2012-ci ildən solo fəaliyyətə başlamışam. "Klan-A-Plan" rep qrupunu yeni milli üslubda olan "Rəqs edir hər kəs" adlı mahnısını ilk dəfə sizin sayt vasitəsiylə dinləyicilərə təqdim edirəm. Bu mahnını bütün Azərbaycan xalqının hədiyyəmdir", Qurd deyib.

Repçi onu da qeyd etdi ki, ifa etdiyi mahnının aranjeman müəllifi Nadir Nəğd-Pula məxsusdur. O, gələcək işlərinin, məhz solo albomunun musiqilərinin aranjemalarını Nadir Nəğd-Pula həvalə edəcəyini dedi.

Nəzərinizə çatdıraq ki, hal-hazırda repçi Qurd və müğənni Rəhim Rəhimli birgə yay fəsilinin xitini hazırlayırlar. Mahnı yaxın günlərdə geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Fuad Mədətov


 

Sizin Reklam Yeriniz