Əlaqə Arxiv
news Image
2012.04.12
17:58
| A A A
Azərbaycanlı bəstəkar avtomobil qəzasına düşüb – EKSKLÜZİV - FOTO
O, sürücüsünü təqsirkar bilib


Bəstəkar Emil Şahin avtomobil qəzasına düşüb. Movqe. Az xəbər portalının məlumatına görə, hadisə bu gün "Koroğlu" metrosunun yaxınlığında olub. E.Şahinin Movqe.Az-a açıqlamasında bildirib ki, hadisəyə sürücünün səhv dönməsi olub:

"Yolun sağ tərəfinə keçməliydik. Sürücü yolun sağ tərəfinə deyil, sol tərəfini istiqamət seçib və dönüb. Hadisədə bundan sonra baş verib. Hadisə "Koroğlu" metrosunun yaxınlığında olub", - E.Şahin dedi.

Bəstəkar onu da qeyd etdi ki, avtomobildə sürücüsü və özü olub. O, hər ikisinin vəziyyəti yaxşı olduğunu dedi.

Qeyd edək ki, E.Şahinin sürücüsünün idarə etdiyi avtomobil "Toyoto Prado" markalı avtomobil olub.

Fuad Mədətov


Sizin Reklam Yeriniz