news Image
2012.04.13
13:26
| A A A
Faiq Ağayevin
Gənc şairə: “Ümumiyyətlə, bu üslub mənim yazılarımda, xəfif ehtiras həmişə ana xətti təşkil edib”

Movqe.Az xəbər portalının məlumatına görə, F.Ağayevin ifa etdəcəyi "İstəyirəm" adlı mahnı erotik-lirika janrında yazılıb.

Mahnının sözlərinin müəllifi Alovlu Ülviyyənin Movqe.Az-a verdiyi məlumat görə, mahnı bir ildən çoxdur ki, hazırdı. O, təəssüratlarını ilk dəfə bizimlə bölüşdü: "Əslində xalq artisti Faiq Ağayevin ifa edəcəyi "İstəyirəm" adlı mahnı artıq 1 ildən çoxdur yazılıb. Sözləri özümə, musiqisi isə Emin Kərimiyə məxsus olan mahnının janrı başqa mahnılardan fərqlidir. Belə ki, mahnı erotik-lirika janrındadır. Bu erotika hissi həm musiqidə, həm də sözlərdə özünü göstərir. Ümumiyyətlə, bu üslub mənim yazılarımda, xəfif ehtiras həmişə ana xətti təşkil edib. Və mən çox şadam ki, artıq yaşlı nəsil müğənnilər də son zamanlar bu yolu tutmağa başlayıblar. Deməli, mənim də yolumu bəyənənlər və hətta, təkrar etmək istəyənlər var. Bu, məni sevindirməyə bilməz! Çünki hər bir şeydə olduğu kimi, yaradıcılıqda da səmimiyyət olmalıdır. İnsan hisslərini gizlətməməlidir", - gənc şairə dedi.

A.Ülviyyə onu da qeyd etdi ki, xalq artisti F.Ağayev ilə ikinci işbirliyləridir: "Əminəm ki, "İstəyirəm" mahnısını bəyənəcəksiniz. Xatırladım ki, bu, mənim Faiq Ağayevlə artıq ikinci işimdir. İlk mahnımız "Sevirəm bir daha" adlanırdı".

Fuad Mədətov




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs