Əlaqə Arxiv
news Image
2012.04.13
16:05
| A A A
Leonardo DiKaprio və Kolin Farrel “Osmanlı İmperiyasında” – FOTO

"Hollywood"un yeni bədii filmi Türkiyədə və İrlandiyada çəkiləcək. Movqe.Az Türkiyə mətbutına istinadən xəbər verir ki, filmdə çəkilmək üçün məşhur aktyorlar Leonardo DiKaprio və Kolin Farrel ilə yanaşı, bəzi "Hollywood" ulduzlarına da təklif göndərilib. Çəkilişlərin bir qisimi İrlandiyanın şərq sahilində yerləşən Droqheda sahil qəsəbəsində aparılması nəzərdə tutulur.

Xəbərdə qeyd olunur ki, filmi İrlandiyalı tanınmış rejissor Mark Maxonun çəkəcəyi barədə danışıqlar davam edir.

Filmin ssenarisi gerçək həyat hekayəsi üzərində çəkiləcək. Belə ki, 1845-ci ildə Amerika qitəsində yetişən zəhərli göbələyin o dövrdə İrlandiyaya qədər gəlib çatması və həmin zəhərli göbələk İrlandiyanın əsas qida qaynağı olan İrlandiya kartofunu böyük nisbətdə məhv etməsidir ki, bu səbəblə ölkədə 6 il ərzində qıtlıq yaşanır. Filmdə hadisələr belə cərəyan edir: "İrlandiyalı Merinin həyatda tək arzusu sevilmək və başa düşülməkdir. Ancaq yalnız öz istəklərini dinləyən və buna mane olacaq hər şeyi əzib yox edən Ceyms ilə yolu kəsişir. İrlandiyada qıtlıq başladığı zaman hər şey bir anda dəyişir. Bu dəhşətli problemi eşidən Osmanlı İmperatoru Sultan Abdülməcid, böhranın qarşısını almaq üçün İrlandiyaya xüsusi heyət göndərir. Meri, bu ziyarətdə dənizçi Fatih ilə tanış olur və əsl eşqini tapır. Fatih İrlandiyaya göndərilən gəmilərin qayıtması məqamında Merini öz ölkəsinə aparıb, ömür boyu xoşbəxt yaşamaq istəyir. Amma həmin vaxtı Fatehin qarşısını kəsən ən böyük maneədə Ceyms olur. Ceymsın isə məqsədi gəmiləri bombalamaq və iki sevgilini ayırmaqdır".

Fuad Mədətov




Sizin Reklam Yeriniz