Türkiyənin məşhur müğənnisi xəstəxanada yatır
O, gözündən əməliyyat olunub
Movqe.Az xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Fərdi Tayfur keçən il keçirdiyi iflicdən sonra sol gözündən davamlı su axması səbəbiylə Türkiyənin "Kadıköy Acıbadəm Xəstəxanası"a müraciət edib və dərhal əməliyyat olunub.
F.Tayfurun gözünü Türkiyənin məşhur həkimi
Müslimə Akbaba əməliyyat edib.Təxminən
3 saat davam edən əməliyyatın nəticəsində müğənni gözyaşı
problemi həll olunub və o, dərhal palataya köçürülüb. Gözü bağlanan
müğənninin tezliklə xəstəxanadan evə köçürülməsi gözlənilir.
Müğənni jurnalistlərə səhhətinin yaxşı olduğunu bildirib. O, şəkər
xəstəliyi ilə əlaqəli olduğunu düşünüb və əməliyyatdan
uzaqlaşdığını deyib.
Fuad Mədətov